Tovuzda 5 növdə 73 uşaq sınanılıb

BOK-un olimpiya həmrəyliyi proqramının dəstəyi ilə keçirilən “Gənc atletlərin inkişafı” layihəsinin xüsusi ekspert qrupunun növbəti səfəri Tovuz rayonuna baş tutub.

Allsport.az saytı xəbər verir ki, 5 növdə (30 metrəyə qaçış, top atma, hündürlüyə tullanma, çeviklik testi və uzunluğa tullanma) 73 uşaq sınanılıb.

Tədbirdən bir gün öncə federasiya tərəfindən oğlanlar arasında gələcəkdə istedadların təyin edilməsi məqsədilə yoxlanış keçirilib və sonda hər bir iştirakçıya sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan