- Baxış sayı: 142
- 18 Mart 2026 20:45
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Oktyabrın 25-də Türkiyənin Trabzon şəhərində Qara dəniz Offroad Platforması İsmət Dönməz adına Məhəllə Kubokunun 3-cü mərhələsi keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizi bu yarışda təmsil edən Rüfət Nəsibov və Əhməd Həsənov S2 kateqoriyasında 2-ci yer, Namazi Orucov və Zaur Mikayılov isə S4 kateqoriyasında 3-cü yer tutublar.
İsmət Dönməz adına Məhəllə Kubokunun final mərhələsində 44 iştirakçı 22 “offroad” avtomobili ilə iştirak edib.