“Trabzonspor” məşhur qapıçını icarəyə götürür

“Trabzonspor” “Mançester Yunayted”in qapıçısı Andre Onananın keçidində maraqlıdır.

Allsport.az xəbər verir ki, Qara dəniz təmsilçisi kamerunlu futbolçunu icarəyə götürməyə çalışır.

Hazırda “Yunayted”in heyətində dörd qapıçı var. Bunlar Andre Onana, Senne Lammens, Altay Bayındır və Tom Hitondur. “Qırmızı şeytanlar” Onananı komandadan göndərməyə hazırdır.

Həmin kateqoriyadan