- Baxış sayı: 10
- 05 Dekabr 2025 12:22
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşıb.
Allsport.az xəbər verir ki, super liqa təmsilçisiylə görüş “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran Naxçıvan komandası Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub.
“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.