- Baxış sayı: 0
- 10 Mart 2026 19:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, “Ayaks” (Niderland) və “Monako” (Fransa) “Trabzonspor”un futbolçusu Əbdülqədir Ömürlə maraqlanırlar.
Həmin klubların nümayəndələri Türkiyə superliqasında “Beşikdaş”la görüşdə 23 yaşlı yarımmüdafiəçini izləyiblər. Onlar yayda Ömürə “elçi düşəcəklər”.
Əbdülqədir bu mövsüm 37 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.