- Baxış sayı: 25
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Güney Azərbaycanın “Traktor-Sazi” klubu Asiya Çempionlar Liqasının “C” qrupunda 5-ci matçını keçirib. Allsport.az saytı xəbər verir ki, təbrizlilər səfərdə Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasını 2:0 hesabı ilə məğlub edərək, xalların sayını 12-ə çatdırıb.
Bu isə o deməkdir ki, “ağ-qırmızılar” son görüşün nəticəsindən asılı olmayaraq, ilkin mərhələni adlayıb. “Üstəlik, Əl Hilal”ın 8 xalı olduğundan, “Traktor-Sazi” raundu 1-ci yerdə bitirəcək. Təbriz təmsilçisi qrupda son oyununu Arazın o tayinda məhz bu rəqibə qarşı keçirəcək.