- Baxış sayı: 36
- 22 Mart 2026 15:50
- Baxış sayı: 151
- Mart 22, 2026
- 0

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Allsport.az saytının məlumatına görə, ilk oyunda səfərdə BƏƏ-nin “Əl-Nəsr” klubuna 1:4 hesabı ilə məğlub olan “Traktor-Sazi”, bu dəfə rəqibi ilə Təbrizdə görüşüb.
Oyun “Al qurdlar” qələbəsi ilə bitib – 3:1. Güney Azərbaycan klubu oyunu əlavə vaxta daşımaq üçün sadəcə, bir qol kifayət etməyib. Bununla da, Təbriz təmsilçisi mücadiləni 1/8 finalda dayandırıb.