- Baxış sayı: 36
- 22 Mart 2026 15:50
- Baxış sayı: 151
- Mart 22, 2026
- 0

İran pro liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya azərbaycanlılarının sevimlisi “Traktorsazi” qara zolaqdan çıxa bilmir. Təbriz klubu bu dəfə Tehranda əzəli rəqiblərindən “İstiqlal”a kiçik hesabla uduzub – 0:1.
Əvəzində, həmşəhərliləri “Göstəriş” qələbə qazanıb. Güneylilər evdə Rəşt “Sepidrud” komandasına eyni hesabla qalib gəlib.
3 turdan sonra 3 xalı olan “Göstəriş” 16 klub arasında 12-ci yerə yüksəlib, “Traktorsazi” sonuncudur.