- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

İran çempionatında 15-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.
Təbrizlilər səfərdə “İstiqlal Ahvaz”la qarşılaşıblar. Qarşılaşma “traktorçular”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Traktorsazi” 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, bu gün Güney Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası doğma meydanda “Siah Jamegan”ı, Təbrizin digər təmsilçisi “Göstəriş” isə “Fulad Xuzistan”ı qəbul edəcək. “Göstəriş” 16 klub arasında 20 xalla 9-cu, “Malavan” isə 16 xalla 11-cidir.