- Baxış sayı: 36
- 22 Mart 2026 15:50
- Baxış sayı: 151
- Mart 22, 2026
- 0

İran kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də kubokda növbəti matçına çıxıb.
1/16 final mərhələsindən mübarizəyə qoşulan və bütün rəqiblərinə qalib gələn Təbriz təmsilçisi bu dəfə “İstiqlal”la qarşılaşıb. Təəssüf ki, “traktorçular” bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib və finala çıxa bilməyib.
Qeyd edək ki, İran kubokunun həlledici oyununda “İstiqlal”la “Zobahan” qarşılaşacaq.