Tramp Həbibi bütün zamanların ən sevimli döyüşçüsü adlandırıb

Amerikalı MMA meneceri Əli Əbdül-Əziz Donald Trampla görüşündən danışıb.

Allsport.az xəbər verir ki, Əziz, Həbib Nurməhəmmədov, İslam Mahaçev, Kastin Gaethje, Kamaru Usman, Henry Cejudo və başqaları kimi MMA ulduzlarının işlərini idarə edir.

Bu, Mahaçevin UFC 302-də Dastin Puarye ilə döyüşündən sonra baş verdi. Həbib İslamın qərargahında idi. Həbib səkkizbucağı tərk edərək turnirdə iştirak edən eks-prezidentin və ABŞ prezidentliyinə namizədin yanından keçib. Tramp onun əlini sıxıb və onlar qısaca danışıblar.

“Bu gün mən prezident Trampı Həbiblə yenidən görməkdən həzz aldım. O, Həbibə bütün zamanların ən sevimli döyüşçüsü olduğunu söylədi” – Əziz sosial şəbəkələrdə yazıb.

Həmin kateqoriyadan