Tramp UEFA-ya mane olur

UEFA ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəni həll etməyə çalışdığı bir vaxtda İsrail komandalarının fəaliyyətini dayandırması ilə bağlı səsverməni təxirə salıb.

Allsport.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, UEFA icraiyyə komitəsi bu həftə İsrail klublarının və milli komandalarının təşkilatın bayrağı altında keçirilən turnirlərdə iştirakını qadağan etmək üçün səsvermə keçirə bilər. Bununla belə, bir gün əvvəl Tramp Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş 20 bəndlik sülh planını açıqlayıb və hazırda İsrail və HƏMAS arasında razılığa gəlmək üçün danışıqlar aparılır.

Həmin kateqoriyadan