- Baxış sayı: 95
- 10 Noyabr 2025 17:49
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Məşhur qolfçu Tayqer Vuds kiçik Donald Trampın keçmiş gəlini Vanessa Trampla münasibətdə olduğunu təsdiqləyib. Alllsport.az xəbər verir ki, bu barədə amerikalı idmançı sosial şəbəkə hesabında yazıb: “Sevgi havada uçur və sən mənim yanımda olanda həyat daha gözəl olur!“
2010-cu ildə Tayqer Vuds şəxsi həyatı ilə bağlı bir sıra ictimai qalmaqallar fonunda həyat yoldaşı Ellin Nordeqrendən ayrılıb.
Vanessa 2005-ci ildən 2018-ci ilə qədər kiçik Donald Trampla evli olub.