- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Real Madrid”in sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnold sol ayağından bud əzələsindən zədə alıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı ingiltərəli futbolçu “Atletik Bilbao”ya qarşı 3:0 hesablı qələbə qazandıqları oyunda xəsarət alıb. O, 55-ci dəqiqədə əvəzlənib.
Onun tam sağalması üçün təxminən iki ay vaxt lazımdır.
Aleksandr-Arnold əvvəllər bud əzələsindən zədə aldığı üçün mövsümün bir hissəsini buraxmışdı. O, qayıtdıqdan sonra dörd oyunda iştirak edib.