- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni olimpiya reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Rostislav Pevtsov sıralamada 26-cı pillədədir. İdmançımızın hesabında 2958,07 xal var.
Reytinqdə ilk 55 pillədə qərarlaşan idmançılar Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Bu o deməkdir ki, Rostislav Pevtsov əməli olaraq “dördilliy”ə lisenziyə sahib çıxıb.