- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

AFFA intizam komitəsi Azərbaycan premyer liqasının XVI turunda “Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilən oyunda baş verənlərlə bağlı qərar qəbul edib.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb, klub isə 10000 manat cərimələnib.
Qəbələ təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat da ödəməli olacaq.
“Qarabağ” isə bu oyunda azarkeşlərinin pirotexniki vasitədən istifadə edildiyinə və bunun cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 5000 manat cərimələnib.