- Baxış sayı: 49
- 14 Dekabr 2025 11:58
- Baxış sayı: 152
- Dekabr 14, 2025
- 0
Moldovada K-1 üzrə beynəlxalq qran-pri turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı 2 idmançı təmsil edib.
75 kq-da ölkəmizi təmsil edən idmançımız Tural Bayramov – Moldova döyüşçüsü Sergey Morariylə dueldən qalib ayrılıb. Döyüş ərzində rəqibə heç bir şans verməyən Bayramov parlaq qələbəylə zaldakı tamaşaçıların alqışını qazanıb.
Digər idmançımız 84 kq-da çıxış edən Ruslan Kobzev moldovalı Denis Apavaloaya qarşı döyüşdə məğlubiyyət acısı yaşayıb. Turnir zamanı K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voroninlə görüşüb.
Qeyd edək ki, Moldova turnirində qələbə qazanan Tural Bayramov gecənin əzmkar döyüşçüsü seçilib.