Türam komandasını təriflədi

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam Turin klubunun xüsusi həyat tərzi və qələbə fəlsəfəsinə malik olduğunu bildirib.

Allsport.az xəbər verir ki, fransalı futbolçu “Yuventus”u dünyanın ən yaxşı klublarından biri adlandırıb. O, burada məşq prosesinin və nizam-intizamın digər klublardan fərqləndiyini, hər kəsin yalnız qələbəyə kökləndiyini vurğulayıb.

Kefrenin atası Lilian Türam da 2001-2006-cı illərdə Turin təmsilçisinin şərəfini qoruyub.

Həmin kateqoriyadan