- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

“Turan Tovuz” klubu Azərbaycan premyer liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.
Allsport.az xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib.
Qurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.