- Baxış sayı: 16
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XII turuna təsadüf edib.
“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.
Debütü 2022/23 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.