“Turan”ın toppaylayıcısı: “İlk qələbəmizə görə çox şadıq”

Qadın voleybolçulardan ibarət “Turan” klubu yüksək liqanın 1/4 finalının ilk oyununda paytaxtda “Murov Az Terminal”a 3:0 qalib gəlib (25:20, 25:18:, 25:18). Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın toppaylayıcısı Barbora Kosekova bunu deyib:

“​Pley-off mərhələsindəki ilk qələbəmizə görə çox xoşbəxtik. Hesab edirəm ki, başlanğıcda bir az həyəcanlı idik və bu, normaldır. Amma sonra öz tempimizi tapdıq.

“Murov” həqiqətən təhlükəli rəqibdir, onlar sona qədər mübarizə aparır və müdafiədə çox yaxşı oynayırlar. Buna görə də pley-offa onlara qarşı belə bir oyunla başlamağın bizim üçün çox yaxşı olduğunu düşünürəm. İlk qələbəmizə görə çox şadıq”.

Həmin kateqoriyadan