Türiyənin mənədi paytaxtında qanlı olay “Daçiya”nın Bakını tərk etməsini əngəlləyib

Moldovanın “Daçiya” klubu ötən gecə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Kəpəz”lə ilk oyunun ardından Kişinyova qayıtmalı olsa da, bunu edə bilməyib. Allsport.az saytı xəbər verir ki, buna Türkiyənin İstanbul şəhərindəki terror aktı səbəb olub.

Belə ki, “Daçiya” Bakıdan İstanbula, oradan da Moldovaya uçmalı idi. Lakin İstanbulun “Atatürk” hava limanında baş verən terror aktı nəticəsində bütün beynəlxalq uçuşlar kimi, Bakıdan da İstanbula uçan təyyarələrin gedişində məcburi fasilə yaranıb. Nəticədə, “Daçiya”nın planları pozulub.

Qeyd edək ki, ötən gecə azərbaycanlı hakimlər də səfərə yollanmalı idilər. Bir hakim briqadamız İstanbuldan Boqlarıstana, digəri isə Sloveniyaya getməli idi. Amma onların da səfəri gecikib.

Həmin kateqoriyadan