- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

İclas Qazaxıstanın paytaxtı Astanada keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ilk çıxış edən FİDE prezidenti Arkadiy Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib.
İclas zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb.
Ötən il Beynəlxalq şahmat federasiyasına üzv qəbul edilən təşkilata hazırda Türkiyə şahmat federasiyası rəhbərlik edir. 2026-cı ildən isə Türkdilli ölkələrin şahmat assosiasiyasında sədrlik Qazaxıstana ötürüləcək.
İclasda təşkilatın katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya həvalə olunub.
Türkiyə 6-14 dekabrda Qaziantəp şəhərində 16 yaşlılar arasında türkdilli ölkələrin şahmat üzrə komanda yarışını təşkil edəcəyini elan edib.