- Baxış sayı: 126
- 18 Mart 2026 22:22
- Baxış sayı: 126
- Mart 18, 2026
- 0

Berlində Avropa çempionatının 1/4 final oyunu başa çatıb. Allsport.az saytı xəbər verir ki, Niderland millisi Türkiyə ilə qarşılaşıb və qələbə qazanıb (2:1).
Hesabı ilk olaraq türklər açıb. 35-ci dəqiqədə Arda Gülərin ötürməsindən sonra Səməd Ağaydin fərqlənib. Hollandiyalılar 2-ci hissədə fəallaşıblar.
70-ci dəqiqədə Memfis Depayın ötürməsindən sonra Stefan de Vrij hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə Kodi Qakpo 2-ci qolu “ay-ulduzlular”ın qapısına göndərib.