- Baxış sayı: 132
- 18 Mart 2026 22:22
- Baxış sayı: 132
- Mart 18, 2026
- 0

“Əl-Hilal”ın braziliyalı hücumçusu Markos Leonardo Rusiya və ya Türkiyə klublarından birinə transfer oluna bilər.
Allsport.az xəbər verir ki, Kərim Benzemanın gəlişindən sonra 22 yaşlı forvardın komandadan ayrılması gündəmdədir. Cari mövsümdə 24 oyunda 14 qol vuran Leonardonun transfer dəyəri 20 milyon avro qiymətləndirilir. Bir müddət əvvəl onun Madrid “Atletiko”suna keçidi baş tutmamışdı.