Türkiyə futbolunda ölüm hadisəsi

Türkiyənin həvəskar liqa klubu “Bandırma Sənayispor”un qapıçısı Oğuzxan Kamacı məşq zamanı keçirdiyi ürək tutmasından dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, faciə bazar ertəsi axşam saatlarında baş verib. Məşq zamanı 28 yaşlı futbolçunun vəziyyəti qəfil pisləşib. Hadisə yerinə çağırılan həkimlər Oğuzxana ilkin tibbi yardım göstərib, lakin o, çatdırıldığı xəstəxanada bütün səylərə baxmayaraq vəfat edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Kamacının vəziyyəti bu yaxınlarda keçirilən matçların birində pisləşmişdi. Bundan sonra o, kardioloqun qəbuluna yazılmışdı və həmin müayinə çərşənbə axşamı keçirilməli idi.

Həmin kateqoriyadan