- Baxış sayı: 23
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 82
- Dekabr 05, 2025
- 0

Avro-2020-nin Bakıda keçiriləcək matçlarına ümumilikdə 44 min bilet satılıb. Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Bol İdman” verilişində qonaq olarkən açıqlamasında bildirib:
“Bildiyiniz kimi, Bakı Olimpiya Stadionunun tutumu 68 min nəfərlikdir. Nəzərə alsaq ki, bəzi yerlərdə UEFA-nın və telekanalların xüsusi studiyaları olunub, buna görə də arenanın hazırkı tutumu 62-63 min nəfərə qədər azalıb. Qaydalara əsasən, matça 50 faiz azarkeş buraxılacaq. Satışda da təxminən hər oyuna 32 min bilet olur.
İndiyədək 4 matç üçün ümumilikdə 44 min bilet satılıb. Təbii ki, ortalama hesablasaq, satılan biletlərin sayı 1-ci oyun üçün 6 min-i keçib, ikinci matça – Uels – Türkiyə oyunu üçün 18 mini keçib, digər oyunlarda isə bərabərdir. 1/4 finalda iştirak edəcək komandaların adı məlum olmasa da, bu oyuna maraq çox böyükdür. Xüsusilə də əcnəbilərin”.