- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, mərasimdə Türkiyə milli komandasının da rəqibi müəyyənləşib.
“Ay-ulduzlular” pley-off mərhələsinin yarımfinalında Rumıniya seçməsi ilə qarşılaşacaq.
Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv finala yüksələcəyi təqdirdə isə Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
DÇ-2026
Avropa zonası, pley-off
A yolu
İtaliya – Şimali İrlandiya
Uels – Bosniya və Herseqovina
B yolu
Ukrayna – İsveç
Polşa – Albaniya
C yolu
Türkiyə – Rumıniya
Slovakiya – Kosovo
D yolu
Danimarka – Şimali Makedoniya
Çexiya – İrlandiya
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal matçları gələn ilin martın 26-da, finallar isə 31-də keçiriləcək.