Tutberidzenin qızı əri ilə birlikdə Avropanın ən qaynar yerində dincəlir – FOTO

Əvvəllər Rusiya adından çıxış edən, indi isə Gürcüstanı təmsil edən Diana Davis və Qleb Smolkin ikinci olimpiadalarına hazırlaşırlar. Allsport.az xəbər verir ki, onlar Monrealda məşhur fiqurlu konkisürmə akademiyasında çalışırlar.

Konkisürənlər ötən mövsüm Avropa çempionatında 8-ci, dünya çempionatında isə 10-cu oldular. Komanda dünya çempionatında ritm rəqsində 5-ci, sərbəst proqramda isə 4-cü yeri tutdular. Davis-Smolkin cütlüyü yarışlardan sonra Tokioda, ardınca isə Monrealda dincəldilər. Hazırda Diana İsveçrədə, Komo gölü yaxınlığında olan italyan xalası ilə istirahət edir. İzləyicilər onunla olan gəncin xalasıoğlu olduğunu düşünürlər.

Həmin kateqoriyadan