- Baxış sayı: 33
- 19 Dekabr 2025 23:03

- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Hövsan qəsəbəsində “Xilasedici” idman sağlamlıq mərkəzində U-15 yeniyetmə cüdoçuların Bakı birinciliyinə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə qızlarda Nərmin Məmmədli (36 kq), Nuranə Hacızadə (48 kq), Mələk Bayramlı (63 kq) 1-ci olublar.
Oğlanlarda Xəzər Heydərov (42 kq), Əli Hümbətov (55 kq), Seyid Şərifov (73 kq), Səid Hüseynov (+73 kq) fəxri kürsünün ən yüksək pilləsində qalxıblar.