- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

UEFA martın 27-də Qətərin Lusail şəhərində keçirilməsi planlaşdırılan Finalissima-2026 (İspaniya – Argentina) matçı ilə bağlı rəsmi bəyanat yayıb.
Allsport.az xəbər verir ki, qurum yaxın şərqdəki gərginlik səbəbindən oyunun məkanının dəyişdirilməsi barədə yayılan xəbərləri təkzib edərək, hazırda alternativ məkanın nəzərdən keçirilmədiyini bildirib. Lakin UEFA etiraf edib ki, regiondakı hərbi-siyasi vəziyyətlə əlaqədar yerli təşkilatçılarla müzakirələr davam edir və təhlükəsizlik baxımından yekun qərar gələn həftənin sonunadək veriləcək.