- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
2015-16-ci il mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil etmiş klublar UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarına (Buraxılış 2015) əsasən monitorinqdən keçirilib. Allsport.az xəbər verir ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı (Club Financial Control Body) tərəfindən aparılmış monitorinq zamanı məlum olub ki, “İnter” PİK yuxarıda qeyd olunmuş qaydaların 66 və 66bis saylı maddələrinin tələblərini yerinə yetirməyib və klubun əməkdaşlara vaxtı ötmüş borcları mövcuddur.
Bunu nəzərə alaraq, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı 2015-ci il dekabrın 10-da keçirilmiş iclasında aşağıdakı qərarları qəbul edib:
1. “İnter” PİK növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bü hüquqdan məhrum olunur. Əgər klub 31 yanvar 2016-cı il tarixinədək yaranmış borcların ödənilməsini təsdiq edən sənədləri UEFA-ya təqdim edərsə, bu cəza qüvvədən düşür.
2. “İnter” PİK 50,000 avro məbləğində cərimə olunur.
3. “İnter” PİK bu işin aparılmasına sərf olunmuş 3,000 avro məbləğində vəsaiti ödəməlidir.
4. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.
5. Klub qərarla razı olmadığı halda, İdman Arbitraj Məhkəməsinə (CAS – Court of Arbitration for Sport) apellyasiya şikayəti ilə müraciət edə bilər.
Qeyd: Məxfiliyi qorumaq məqsədilə klubun hansı futbolçulara borclu olduğu və borcun ümumi məbləği açıqlanmır.