- Baxış sayı: 20
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

İsrailin klubları və yığma komandaları UEFA-nın turnirlərindən kənarlaşdırıla bilər.
Allsport.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, UEFA icraiyyə komitəsinin səsverməsi bu həftə baş tuta bilər və nəticədə İsrailin kişi və qadın milli komandaları millətlər liqasından, Təl-Əviv “Makkabi”si isə Avropa liqasından kənarlaşdırıla bilər. Bu həm də FIFA ilə birgə təşkil olunan 2026-cı il dünya çempionatının seçmə turniri ətrafında mübahisə yaradacaq. UEFA İsrailin dünya çempionatının seçmə oyunlarının təşkilinə, o cümlədən neytral meydançalarda keçiriləcək komandanın ev matçları üçün hakimlər, təhlükəsizlik və digər personalın təmin edilməsinə cavabdeh olmağa davam edəcək.
Daha əvvəl bildirilmişdi ki, BMT-nin səkkiz mütəxəssisi UEFA və FIFA İsrail klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasını xahiş edib.