UEFA İsraillə bağlı qərar verdi

ABŞ-nin UEFA-ya təzyiqi sayəsində İsrail beynəlxalq yarışlara qadağa qoyulmasından yayına bilib.

Allsport.az xəbər verir ki, bundan əvvəl UEFA-nın sentyabrın 24-də İsrail komandalarının öz turnirlərindən kənarlaşdırılması məsələsinə baxacağı bildirilmişdi. Lakin mənbənin sözlərinə görə, kimliyi uzun illər məxfi qalacaq çoxsaylı israilli və beynəlxalq diplomatlar, futbol assosiasiyalarının rəhbərləri və idman rəsmiləri İsrail futbol assosiasiyası adından işləməyə başlayıblar. Onların səyləri İsrailin UEFA-nın gündəmindən çıxarılmasına səbəb olub. Amerika rəsmiləri də bu prosesdə iştirak edərək, UEFA rəhbərlərinin status-kvonu pozmamalarını israr ediblər.

Həmin kateqoriyadan