- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycanı Avropa Liqasında təmsil edən “Kəpəz”in bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Avstriya “Admira”sına qarşı keçirəcəyi cavab matçının keçirilmə vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi iyulun 21-də keçirilməyəcək.
Belə ki, Şahin Diniyevin komandası bu rəqibini bir gün öncə, iyulun 20-də qəbul edəcək. Buna səbəb gəncəlilərin avstriyalılarla duelinin iyulun 21-də meydana çıxacaq “Qəbələ” və Macarıstan MTK-sı ilə görüşü ilə üst-üstə düşməsinin qarşısını almaqdır.
Qeyd edək ki, UEFA-nın qaydalarına görə bir şəhərdə bir gündə ancaq bir beynəlxalq oyun keçirilə bilər. Məhz bu səbəbdən “Kəpəz”in birinci təsnifat mərhələsi çərçivəsində Moldova “Daçiya”sı ilə ev oyunu da iki gün əvvələ keçirilmişdi.
Xatırladaq ki, tərəflər arasında ilk oyun iyulun 14-də keçiriləcək.