UEFA millimizin oyunlarına hakim təyinatlarını açıqladı

17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsinin Bakıda keçiriləcək 2-ci qrupunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Allsport.az xəbər verir ki, UEFA Azərbaycan, Portuqaliya, Serbiya və Xorvatiya yığmalarının yer aldığı qrupun oyunlarını Cənubi Kipr, Şotlandiya və Avstriyadan olan hakimlərə tapşırıb.

Qrupun oyunlarına Namiq Hüseynovla Rəhim Həsənov da təyinat alıb. Hüseynov rəqiblərimizin oyununda yan xətt hakimi, Həsənov 4-cü hakim olacaq.

17 mart

13:00. Portuqaliya – Serbiya
Hakimlər: Endryu Dallas, Qren Stüart (Şotlandiya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

16:30. Xorvatiya – Azərbaycan
Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (Cənubi Kipr), Andreas Heydenrayx, Dominik Ouşan (Avstriya).
“Bakcell Arena”.

19 mart

13:00. Serbiya – Xorvatiya
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (Avstriya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

16:30. Portuqaliya – Azərbaycan
Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (Cənubi Kipr), Qren Stüart, Endryu Dallas (Şotlandiya).
“Bakcell Arena”.

22 mart

16:30. Xorvatiya – Portuqaliya
Hakimlər: Endryu Dallas, Qren Stüart (Şotlandiya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).
“Bakı” klubunun təlim-məşq bazası.

16:30. Azərbaycan – Serbiya
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (Avstriya), İoannis Lazardu, Dimitrios Massias (Cənubi Kipr).
“Bakcell Arena”.

Həmin kateqoriyadan