- Baxış sayı: 61
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 145
- Dekabr 05, 2025
- 0
Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın dəvətinə əsasən, Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, görüş aşağıdakı mövzuları əhatə edəcək:
1. 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil;
2. Klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları;
3. 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri;
4. UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması;
5. Növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər;