- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0

UEFA-nın 3-cü avrokubok yarışının adı bilinib. Allsport.az saytı xəbər verir ki, qurum həmin turniri konfrans liqası adlandıracaq. Mübarizənin 2021/22 mövsümündən başlaması nəzərdə tutulub. Bu, çempionlar və Avropa liqalarından sonra 3-cü ən vacib avrokubok olacaq.
Yarışın qaydası çempionlar liqasına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. 2-ci yeri tutan klublar pley-offa yüksəlmək üçün Avropa liqasının qrupunda 3-cüləri qarşılaşacaqlar. Konfrans liqasının qalibi növbəti mövsüm qitə liqasının qrup mərhələsində iştirak edəcək.