- Baxış sayı: 10
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA prezidenti Aleksandr Çeferin 2018/2019-cu illər mövsümündə Avropa liqası finalının Bakıda keçirilməsi ilə bağlı İngiltərə mətbuatına danışıb. Allsport.az xəbər verir ki, qurum rəhbəri həlledici qarşılaşmanın Azərbaycanda baş tutmasının tam ədalətli qərar olduğunu bildirib:
“Finalda iki Azərbaycan komandası oynasaydı, bu matçın Londonda keçiriləcəyini desəydik, heç kim narazılıq etməzdi. Biz əvvəlcədən iki ingilis komandasının finalda oynayacağını bilmirdik. 1 ay əvvəl bu aydınlaşanda isə qarşılaşmanın yerini dəyişmək mümkün deyildi. Məsələn, “Zenit” Avropa liqasında final oynamışdı. Həmin final Bakıda keçirilsəydi, onlar sevinəcəkdi. Yəni bu sonradan dəyişdirilə biləcək qərar deyil. Azərbaycanlı azarkeşlər də bu hadisədən xoşbəxt idilər. Bakının uzaq olduğu üçün bu finaldan azərbaycanlıları məhrum etmək ayrıseçkilik və haqsızlıq olardı. Dünyanın mərkəzi İngiltərədir?”.