- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
UEFA prezidenti Aleksandr Çeferin siyasi münaqişələr üzündən bəzi komandalarının bir-birləri ilə qarşılaşmamasına aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, o, bunun təhlükəsizlik baxımından vacib olduğunu söyləyib:
“Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridir. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci bunu nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər.
Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük”.