UEFA “Qəbələ” – “Panatinaikos” oyununun yerini dəyişdi

UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” – “Panatinaikos” oyunlarının yeri dəyişidirilib. Allsport.az xəbər verir ki, ilk oyun Yunanıstanda deyil, Bakıda keçiriləcək.

Dünən Nyonda baş tutan püşkatmanın nəticələrinə əsasən avqustun 20-dəki matçda “Panatiaikos”, 27-də isə “Qəbələ” meydan sahibi olmalı idi. Lakin UEFA bunu dəyişməyi zəruri hesab edib.

Buna səbəb bu mərhələdə iştirak edən Azərbaycanın hər iki klubu – “Qarabağ” və “Qəbələ”nin cavab oyunlarını evdə keçirməsidir.

Klublar ayın 27-də Bakıda oynamalı olduqlarından UEFA matçlardan birinin yerini dəyişməyi məqsədəuyğun sayıb. Belə ki, qurumun mövcud qaydalarına əsasən yalnız istisna hallarda eyni gündə eyni şəhərdə iki oyun keçirilə bilər.

Avropa Liqasının II və III təsnifat mərhələsində istisna kimi “Qəbələ” və “İnter” eyni gündə Bakıda oynasalar da, pley-offda bu, mümkün olmayacaq.

Həmin kateqoriyadan