- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” dekabrın 11-də İtaliyanın “İnter” klubu ilə ölüm-qalım matçına çıxacaq. Allsport.az xəbər verir ki, artıq bu qarşılaşmanı idarə edəcək hakimlər də müəyyənləşib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər idarə edəcəklər. Baş hakim Miroslav Zelinka təyin olunub. Ona bu işdə həmyerliləri Andrey Pelikan və İrji Molaçek yardım edəcək. Dördüncü hakim funksiyasını isə Antonin Kordula yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma 21:00-da start götürəcək.