UEFA “Qarabağ”ı cərimələdi

“Qarabağ” Avropa liqasının pley-off mərhələsinin “Braqa” ilə Bakıdakı oyununda baş verənlərə görə cəzalanıb.

Allsport.az xəbər verir ki, bu barədə qərarı UEFA-nın nəzarət, etika və intizam komitəsi verib.

Azərbaycan çempionu 43,5 min avro cəriməyə məruz qalıb. Ağdam klubu təhqiramiz təxribatçı şüarlara görə 22,5 min avro cərimə ödəyəcək. Təmsilçimiz lazer göstəricidən istifadə üçün 8 min avro cərimələnib. Stadiondakı səsucaldıcı vasitədən düzgün istifadə edilmədiyi üçün “Qarabağ” 5 min ziyana düşüb. Komandanın meydandakı davranışı daha 8 min cəriməyə səbəb olub.

Bundan başqa, topdaşıyan uşaqların qeyri-idman davranışı üzündən kluba xəbərdarlıq edilib.

Oyunun rəsmi şəxsini – hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib. “Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.

Bu görüşdə “Braqa” da futbolçularının düzgün olmayan davranışına görə xəbərdarlıq alıb.

Həmin kateqoriyadan