- Baxış sayı: 21
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının l-ci təsnifatında “Səbail” – “Universitatya Krayova” (Rumıniya) arasında iyulun 11-də Bakıda keçiriləcək ilk oyunun hakim təyinatında dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı öncə Finlandiyadan olan briqadanın idarə edəcəyini açıqlamışdı. Amma sonradan maltalıların olacağına qərar verilib:
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Duncan Sultana, Theodore Zammit
Dördüncü hakim: Mario Apap (Hakimlər briqadası Maltadandı)
UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Xatırladaq ki, iyulun 11-də “ASCO arena”da görüş saat 20:00-da start veriləcək.