- Baxış sayı: 173
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Aprelin 13-də Mayamidəkeçiriləcək UFC 314 döyüş turnirinin rəsmi posteri təqdim olunub.
Allsport.az xəbər verir ki, əsas döyüşdə təşkilatın keçmiş yüngül çəkidə çempionu (65 kq-a qədər) avstraliyalı Aleks Volkanovski (26-4) braziliyalı Dieqo Lopeslə (23-6) titul uğrunda döyüşəcək.
Digər yarışda keçmiş yüngül çəkidə (70 kq-a qədər) çempionluq uğrunda mübarizə aparan amerikalı Maykl Çandler (23-9) britaniyalı Peddi Pimblettlə (22-3) qarşılaşacaq.
Həmçinin turnir çərçivəsində orta ağır çəkidə (93 kq-a qədər) mübarizə aparan rusiyalı Nikita Krılov (29-9) amerikalı keçmiş rəqibi Dominik Reyes (14-4) ilə üz-üzə gələcək.
