- Baxış sayı: 69
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Tayson Füri açıqlama verib.
Allsport.az xəbər verir ki, britaniyalı idmançı rinqə mümkün qayıdışı barədə danışıb:
“Daha döyüşməyəcəm. Əgər pul ödəsələr, bəlkə də, UFC-ə döyüşməyə üstünlük verərdim. Məbləğ?30 milyon dollar mənim üçün kiçikdir puldur. 500 milyon dollar istəyirəm”.
Tayson Fürinin 37 yaşı var. O, peşəkar boksçu kimi 2008-ci ildə debüt edib və ikiqat dünya çempionu olub. Füri karyerasını 2024-cü ildə başa vurub. Ümumilikdə onun hesabında 34 qələbə, iki məğlubiyyət və bir heç-heçə var.