UFC tarixində ilk

UFC turniri ilk dəfə Qətərdə keçirəcək.

Allsport.az xəbər verir ki, tədbir noyabrın 22-də Dohadakı “ABHA arena”da baş tutacaq.
“Biz hər yerdə olacağıq. Biz uzun müddətdir Əbu-Dabidəyik və genişlənməyə başlayırıq. Qətər bir neçə ildir üzərində işlədiyimiz bir seçim idi.
UFC Səudiyyə Ərəbistanı və Azərbaycanda da uğurlu oldu. Mən çoxdandır ki, Qətərə getmək istəyirdim və bunu həqiqətən də səbirsizliklə gözləyirəm”, – UFC-nin baş direktoru Dana Uayt deyib.

Həmin kateqoriyadan