- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ukrayna olimpiya komitəsi 4 idmançının Paris-2024-dən kənarlaşdırılmasını istəyib. Allsport.az saytı xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərərək, oyunlarda rusiyalılar və belarusların iştirakına etiraz edib.
Bu müraciətə səbəb sərbəst güləş üzrə rusiyalı idmançı Dinara Kudayevanın sosial şəbəkələrdəki paylaşımı olub. O, xüsusi əməliyyat çərçivəsində Ukrayna ərazisində həlak olan atasının xatirəsinə yazı dərc edib. Kudayeva atasını “qəhrəman” adlandırıb. Mesajı bəyənmələr buraxan həmkarları Olqa Xoroşavtseva və Natalya Malişçeva dəstəkləyib.
Ukrayna MOK-u 2023-cü ildə Belarus prezidentinin oğlu Viktor Lukaşenko ilə birgə tədbirlərdə iştirak etmiş İrina Kuraçkinanın fərdi statusundan məhrum edilməsini də müdafiə edib.