- Baxış sayı: 10
- 21 Yanvar 2026 13:24
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Azərbaycan komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:
9 sentyabr
Azərbaycan – Ukrayna
Tofiq Bəhramov adına respublika stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Hakimlər briqadası Yunanıstandandır)