Ukraynalı idmançılara ruslarla və belaruslarla eyni yarışda iştirak etmək qadağan edilib

Allsport.az xəbər verir ki, Ukrayna gənclər və idman nazirliyinin müvafiq əmrini Ali Radanın deputatı, yunan-Roma güləşi üzrə olimpiya çempionu Yan Belenyuk öz “Teleqram” kanalında dərc edib.

“Ukrayna milli komandalarının rəsmi nümayəndə heyətlərinin Rusiya federasiyası və ya Belarus idmançılarının iştirak etdiyi beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulsun” – deyə sərəncamda bildirilir.

Tələb pozulduqda idman federasiyaları milli federasiya statusundan məhrum ediləcək. Sərəncamda həmçinin nazirlik rəsmilərinə Rusiya və Belarus idmançılarının yarışda iştirak edəcəyi təqdirdə nümayəndə heyətlərini ezamiyyətdən geri çağırmaq tapşırılıb.

Həmin kateqoriyadan